#düşündüklərimiz| yaxşı təhsil

Podkastımızın bu sayı təhsilə həsr olunub- universitet təhsili nədən ibarət olmalıdı, uğurlu təhsilin resepti var mı, varsa nədi kimi suallara qonağımızla birgə cavablar axtarmışıq.

#gördüklərimiz|mən bildiyin oğlanlardan deyiləm

Bu epizodumuzda Netflix-də nümayiş olunan “Mən bildiyin oğlanlardan deyiləm” Fransız fimi haqqında və onu seyr etməyin sizə nələri vəd etdiyi barəsində danışmışıq.

#düşündüklərimiz| böyük şəhərlər

Podkastımızın bu buraxılışı şəhərin səsləri və bizim şəhərdən gələn səslərimizdən ibarətdir. Bu dəfə söhbətimiz İstanbulun “Istiklal Caddesi”-də baş tutdu. Birgə böyük şəhərlərdən, onların tempindən, müsbət və mənfi cəhətlərindən danışdıq. Sonra da əlbəttə söhbət Bakı və orda baş verənlərə gedib çıxmaya bilməzdi. Bakı niyə şəhər olaraq o qədər də yaxşı işləmir sualına daha çox ictimai və mədəni məkanlar aspektindən baxdıq.

#gördüklərimiz | hayasız kadınlar Amsterdamda

Buraxılışımız Amsterdam və Niderlandda gördüyümüz məkanlar, onların sakinlər üçün dəyəri və nəqliyyat vasitələri haqqındadır.

#düşündüklərimiz|məkanlar

Bu epizodumuzda əsasən qadınların Bakıdakı ictimai məkanlarla bağlı təcrübələri, hamam və çimərliklər haqqında danışmışıq. Qısa+sürətli və uzun müddətli vərdişləri dəyişdirməyə yönəlik həll yollarını qarşılaşdırmışıq. Bir sözlə düşündüklərimizi paylaşmışıq. Bəs siz nə düşünürsünüz?

#gördüklərimiz | hayasız kadınlar DataFestdə

Bu podkastımızda Tiflisdə hər il keçirilən Datafestin 2018-cil il nüsxəsində baş verənlərdən danışdıq!

#düşündüklərimiz | şirin su feministlərinin cavabı

 Bu buraxılışımızda son günlərdə gündəmdə olan Cabir Əliyevin “Azərbaycanlı feministlərin azadlıq məşəli” yazısı barədə hayasız kadınların nə düşündüklərini öyrənəcəksiz.